Azerbaijan Robotics Clubs Association (ARCA) is a first national clubs association on Robotics and Automation in Azerbaijan. Our mission is to increase awareness and to develop abilities of the university students in Robotics regardless of their specialties and direct them to use this knowledge for the sake of governmental needs.
Our Goals
Our Humble Beginnings
Developing knowledge and skills of the university students on this field
Building Our Network
Developing unique robotics club network in our country
Transition to Global Arena
Orienting youth to represent their universities in an international arena
📍Robotexnika sahəsi digər sahələrə nisbətən daha gənc olmağına baxmayaraq inanılmaz addımlar atdı. Okeanların ən dərin nöqtələrindən kosmosun ən yüksək zirvələrinə qədər, robotlar insan faktorunun bacara bilməyəcəyi və hətta bacarmağı xəyal belə etməyəcəyi işlər görür. 💬
Robotların dizayn edilmə funksiyasından asılı olaraq müxtəlif formaları və ölçüləri var. Bu siyahıya 0.2 millimetrlik "RoboBee" dən başlayaraq 200 metr uzunluğundaki "Vindskip" robot gəmisini də daxil etmək olar. Ümumiyyətlə robotlar 5 əsas kateqoriyaya bölünür:
1. 🔻Pre-Programmed Robots
Əvvəlcədən Proqramlaşdırılmış Robotlar nəzarət edilən bir mühitdə sadə və monoton tapşırıqları yerinə yetirir. Gördüyü iş isə insanın görəcəyi işdən daha sürətli və səmərəli olması ilə fərqlənir.
2. 🔻Humanoid Robots
Fəaliyyətləri insan davranışlarını təqlid edən (qaçmaq, hoppanmaq, daşımaq və s. kimi) və bəzən insan üzü və ifadələrinə sahib olan bu robotlar İnsanabənzər Robotlardır. Ən məşhur iki nümunəsi də məhz "Hanson Robotics"-dən Sophia və "Boston Dynamics"-dən Atlasdır.
3. 🔻Autonomous Robots
Bu robotlar insan operatoru olmadan müstəqil bir şəkildə fəaliyyət göstərir və insan nəzarəti tələb etmədən açıq mühitdə müxtəlif tapşırıqları yerinə yetirə bilir. Sensorlardan istifadə edərək evdə sərbəst gəzən Roomba tozsoranları da Avtonom Robotlar üçün nümunə ola bilər.
4. 🔻Teleoperated Robots
Teleoperativ robotlar isə avtonom robotlardan fərqli olaraq insan tərəfindən idarə olunan mexaniki botlardır. Daha çox ekstrim şəraitdə işləyən bu robotlara misal olaraq, döyüş bölgəsində minaları aşkar etmək üçün işlədilən dronlar və ya BP neft sızıntısı zamanı sualtı boru sızmalarını düzəltmək üçün istifadə edilən sualtı qayıqlardır.
5. 🔻Augmenting Robots
İnsanın mövcud imkanlarını artıran və ya insanın itirə biləcəyi bacarıqlarının yerini alan robotlardır. Məsələn, protez əzalar və qollar ("Deka arm" və s. kimi) bunun ən məşhur nümunəsidir.
Date: 24 July 2020
Robotexnika nədir?
Maraqlı faktlar
Linkedln 2020-ci il üçün yeni yaranan iş imkanları siyahısında ilk yeri 74% ilə süni intellekt mühəndisi, ardınca isə 40% ilə robotexnika mütəxəssisi tutur. Qulaq aşinalığı yaradan bu qavram çoxlarının ağlında "Nədir bu robotexnika? Hansı sahələrdə necə tətbiq oluna bilər?" kimi bir çox suallar doğura bilir.
Robotexnika əslində maşınqayırma, komputer, elektrik və s. mühəndisliklərinin də daxil olduğu ortaq bir çalışma sahəsidir. Robotexnikaya aid müasir ədəbiyyatlar göstərir ki robotların hazırlanması "self-sufficiency" yəni əvvəlcədən planlanmamış bir mühitdə hərəkətlilik və qərar verməyə imkan verən özünü təmin etmə dərəcəsinə yönəlmişdir. Bəs robotexnikanın hansı növləri var?
Robotexnikanın geniş bir sahə olması, onun fərqli sinifləndirilməsini qaçılmaz edir. Robotexnikanı tətbiq sahələrinə görə aşağıdakı kateqoriyalara bölmək olar:
✔️ Sənayə robotexnikası daha çox istehsalçıların məhsuldarlığı, məhsul keyfiyyəti və iş təhlükəsizliyini artırmağa kömək edir.
✔️ Əməliyyat robotexnikası isə daha çox insan yaşamı üçün uyğun olmayan ərazilərdə (sualtı dərinliklər, yerüstü zirvələr, kosmos və s.) və uzaqdan idarəetmə ilə işləyir.
✔️ Tibb robotexnikasına isə robotik protezlər və xüsusi həssaslıq tələb edən əməliyyat robotları daxildir.
Bildiyiniz kimi robotexnika daim inkişafda olub və hər keçən gün əhatə dairəsini genişləndirən bir sahədir. Dünyanın bu sahədəki inkişaf trendinin bir parçası olmağı hədəfliyirsizsə bizi izləməyə davam edin 😉.
Date: 6 July 2020
Robotexnika təlimçisi
Vakansiya
🤖✍🏻💼Azerbaijan Robotics Clubs Association (ARCA) komandası könüllü təlimçi vakansiyası elan edir!!!
✔️Azerbaijan Robotics Clubs Association 2020-2021 tədris ili üçün könüllü təlimçi vakansiyası elan edir. Komanda ilə işləmə və kooperativlik bacarıqları olan, sosial aktiv və özlərini təlimçi olaraq sınamaq istəyən gənclər komandamıza qatıla bilərlər.🦾
✔️Azerbaijan Robotics Clubs Association (ARCA) ölkəmizdə robotexnika və avtomatlaşdırma sahəsində yaradılan ilk klublar birliyidir. Layihənin əsas məqsədi ölkə gənclərinin ixtisaslaşmasından asılı olmayaraq, robotexnika sahəsindəki bacarıqlarını təkmilləşdirmək, qazandıqları bu bacarıqları dövlət maraqlarına uyğun olaraq istifadə etmələrini təmin etmək və eləcə də Azərbaycanı beynəlxalq robot və teknofest yarışlarında təmsil etmələri üçün şərait yaratmaqdır.
✔️Təlimçilər fəaliyyətlərinə başlamazdan əvvəl komandamız tərəfindən hazırlanmış xüsusi tədris proqramından keçəcəklər və proqramı uğurla bitirən namizədlər sertifikatla mükafatlandırılacaq.🎁🏅
ℹ️Vakansiya barədə məlumat:
• 🤖Təlimin adı: Təməl Elektronika və Robotexnika (Arduino)
• 🗓Təlimlərin müddəti: 6-8 həftə (müddətin uzanması ehtimalı var)
• 🕰İş qrafiki: Həftədə bir dəfə (dəqiq vaxt daha sonra müəyyən olunacaq)
⚠️Tələblər
Namizədlər:
• ✅Elektrik fizikası haqqında təməl biliklərə sahib olmalı (orta təhsil səviyyəsi kifayətdir)
• ✅Təməl səviyyədə proqramlaşdırma biliklərinə malik olmalı (istənilən proqramlaşdırma dili keçərlidir)
• ✅Azərbaycan dilində düzgün və səlis şəkildə danışmağı bacarmalı
• ✅Sosial aktivlik, məsuliyyət və komanda ilə işləmə bacarıqlarına malik olmalı
• ✅Microsoft Word və Power Point proqramları haqqında ümumi biliklərə sahib olmalıdırlar
• ✅İngilis dilini bilmək üstünlükdür
⚖️Seçim mərhələləri:
Namizədlərin seçim mərhələsi iki hissədən təşkil olunacaq:
1) 📝Google forms formatında anketin doldurulması
2) 💻Onlayn müsahibə
🏃🏻♂️Təliməqədər hazırlıq:
Seçim mərhələlərindən uğurla keçmiş namizədlər öz fəaliyyətlərinə qədər xüsusi hazırlıq prosesinden keçəcəklər. Bu prosesdə namizədlər həm təlimçilik qabiliyyətlərini inkişaf elətdirəcək həm də nəzəri və praktiki tədris metodları ilə lazımi bilikləri əldə edəcəklər. Hazırlıq mərhələsi iyul və avqust ayları üçün nəzərdə tutulur.📅
🌐Qeydiyyat linki: https://forms.gle/fzLNVHKiXG16q8hPA
⏰Qeydiyyatın son tarixi: 10 iyul
👉🏻Bizi Instagramdan da izləyə bilərsiniz.
📍Instagram: @arca_clubs
Date: 26 June 2020
Niyə də sən yox?!
Maraqlı faktlar
📍 Ey sən!
Sophia və onun kimi minlərlə robotu daha yaxından tanımaq istəyərsən❓
Elə isə bizə qatıl və öz Sophianı yarat 🦾
Bu yolda sənə Azerbaijan Robotics Clubs Association (ARCA) kömək edəcək.
ARCA Azərbaycanda robotextika və avtomatlaşdırma sahəsinə xidmət edən ilk universitet klubları birliyidir💡ARCA ilə sən ixtisasından asılı olmayaraq robotexnika, elektronika və avtomatlaşdırma sahələrində bilik və bacarıqlarını inkişaf etdirə, universitetini milli, Azərbaycanı isə beynəlxalq yarışlarda təmsil etmək hüququ əldə edə və eyni zamanda bol əyləncə və sosial aktivitələrlə universitet həyatına rəng qata biləcəksən 🎯
Yeniliklərdən xəbərdar olmaq üçün səhifəmizi izləməyə davam elə 🙌🏻